ABŞ Ermənistan Müdafiə Nazirliyinə kömək üçün... MÜŞAVİR TƏYİN EDƏCƏK
SƏFİR AÇIQLAMA VERDİ

ABŞ və Ermənistan “təhlükəsizlik və müdafiə ilə bağlı çox aktiv və substantiv müzakirələr aparırlar”.

 

Senzor.az bildirir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin deyib.

 

Onun sözlərinə görə, tərəflər Ermənistanın hərbi sahədə ehtiyaclarını müzakirə edir və artıq bir sıra məsələlər üzrə razılığa gəliblər.

 

"Biz artıq bu məsələdə irəliləyəcəyimiz barədə razılığa gəldik və indi bu yardımı göstərə bilməmiz üçün onu həyata keçirməyin yolları üzərində işləyirik", - deyə Kvin bildirib.

 

Səfir vurğulayıb ki, ABŞ Ermənistan Müdafiə Nazirliyinə "imkanların inkişafında, xüsusən də Ermənistanın sülhməramlı və digər sülh təşəbbüsləri kimi məsələlərdə iştirakını genişləndirməkdə maraqlı olması səbəbindən" ona kömək göstərəcək müşavir təyin edəcək.

 

Senzor.az

 

Redaksiyadan: Yeri gəlmişkən, təqdim etdiyimiz şəkillər ötən ilin noyabrında çəkilib. O vaxt ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin Avropa İttifaqının müşahidəçiləri ilə birlikdə Tavuş vilayətinə səfər etmiş və ərazilərimizi binoklla şəxsən müşahidə etmişdi. Rəsmi açıqlamada bildirilmişdi ki, səfər missiyanın İcevandakı əməliyyat bazasının köməyi ilə baş tutub...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.