Rusiya Prezidenti Vladimir Putin Bakıda keçiriləcək COP29 iqlim konfransında Baş nazir Mixail Mişustinin iştirak edəcəyini bildirib.
Senzor.az bildirir ki, bu barədə Kreml rəhbəri “Valday” diskussiya klubunun iclasında müzakirənin moderatoru Fyodor Lukyanovun müvafiq sualına cavabında deyib.
“Orada (Azərbaycanda) bu yaxınlarda olmuşam. Rusiyanın iqlim sammitində yüksək səviyyədə təmsil olunacağı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşdıq. Bu tədbirdə hökumət başçısı Mixail Mişustin iştirak edəcək”, - deyə Putin bildirib.