Ermənistan prezidenti istefa verdi və... QƏRARININ SƏBƏBLƏRİNİ AÇIQLADI
YENİLƏNİB
Ermənistan Prezidenti Armen Sarkisyanın istefasının əsas səbəbləri məlum olub. Prezident istefasına bir neçə mühüm faktorun səbəb olduğunu açıqlayıb.
 
Ermənistan mətbuatının yazdığına görə, Armen Sarkisyan bununla bağlı bəyanatında bildirib ki, vəzifəsindən istefaya getməsinə səbəb səlahiyyətlərinin məhdud olmasıdır.
 
“Bu mühüm qərarı (prezident olmaq təklifini-red.) qəbul edərkən mənə (2018-ci ildə-red.) verilən təklifdən çıxış etdim. Təklifə əsasən yeni prezident institutunun xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm və təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı.
 
Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu.
 
Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım? Cavab aydındır, çünki mən respublika prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşəm”. “Daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim. Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim.
 
Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır - müvafiq alətlərin olmamasıdır ki, istənilən dövlət məmuruna yalnız bir sənəd - Konstitusiya verilir. Potensial problemlərimizdən bəziləri mövcud Əsas Qanundan qaynaqlanır”, - prezident deyib.
 
“Bizdə paradoksal vəziyyət yaranıb - prezident dövlətçiliyin qarantı olmalıdır, əslində heç bir real aləti yoxdur. Konstitusiya həm də bir qurumun digər qurumdan üstünlüyünü təmin edir, tarixi Vətənin dövlət qurumlarının idarə olunmasında tanınmış diaspor mütəxəssislərinin iştirakına maneələr yaradır və s.”, - Armen Sarkisyan vurğulayıb.

**20:32

Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.
 
Senzor.az bildirir ki, Ermənistan prezidentinin saytında yerləşdirilən məlumatda belə deyilir.
 
"Mən çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra Ermənistan prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu, qətiyyən emosional qərar deyil və müəyyən məntiqdən irəli gəlir", - deyə açıqlamada bildirilir.
 
A.Sarkisyan əlavə edib ki, prezidentin "ölkə və millət üçün bu çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir etmək üçün lazımi alətləri yoxdur".
 
“Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”, - o vurğulayıb.   
 
Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu vəzifəyə namizədliyi həmin dövrdə dövlət başçısı olmuş Serş Sarqsyan tərəfindən irəli sürülmüşdü.
 
Ermənistan konstitusiyasına əsasən, yeni dövlət başçısı vəzifəsinin icrasına başlayana qədər onun səlahiyyətlərini parlamentin sədri yerinə yetirir. Prezident Milli Məclis tərəfindən seçilir. Prezidentliyə namizəd irəli sürmək üçün deputatların ümumi sayının ən azı dörddə birinin səsi tələb olunur.
Ölkənin əsas qanununun 126-cı maddəsinə uyğun olaraq növbədənkənar seçkilər prezident vəzifəsi üzrə vakant yer açıldıqdan sonra 25 gündən tez, 35 gündən gec olmayaraq keçirilir.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.