ABŞ Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyinin bəzi əməkdaşlarına və onların ailə üzvlərinə Ukraynanı tərk etməyə icazə verib.“Reuters” bildirir ki, Dövlət Departamentinin yaydığı bəyanatda belə deyilir.
“Dövlət Departamenti ABŞ-dan olan diplomatların Ukraynanı könüllü şəkildə tərk etməsinə icazə verib və Rusiyanın davam edən hərbi təhlükəsi səbəbindən bu şəxslərin ailə üzvlərinin də Kiyevdəki səfirliyi tərk etməsinə göstəriş verib”, - bəyanatda deyilir.
Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına da artıq indidən bu ölkəni tərk etmək barədə düşünməyi tövsiyə edib.