Fazil Mustafa "Şuşa"nın "Buta"ya çevrilməsi haqda: "SİMVOLİKA MƏSƏLƏSİNDƏ BELƏ GÜZƏŞTƏ GETMƏK OLMAZ, AMMA..."
Həftəsonu Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta”ya  dəyişdirilməsi sosial şəbəkələrdə, mətbuatda geniş müzakirələr və qınağa səbəb oldu. Bir çoxları komandaya həmin yarışda bu adla  iştirak etməməyi tövsiyə etdi, bunun  onların gələcək koryerası üçün daha uğurlu olacağını xatırlatdı.
Gələcəkdə bu kimi xoşagəlməz hallarla qarşılaşmamaq üçün ölkəni xarici yarışlarda, festivallarda təmsil edəcək komanda və qruplara rəsmi nəzarət mexanizmi olmalıdırmı?
 

Modern.az-ın mövzu ilə bağlı suallarını cavablandıran Milli Məsclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa deyib ki, bu cür məsələlərdə hansısa bir nəzarət mexanizmini düşünmək yanlışdır:
“Hər bir şüurlu insan, beynəlxalq tədbirə qatılan təbii ki, müəyyən hazırlıq səviyyəsinə malik olan insanlar olur. Bu kimi tədbirlərdə iştirak edənlər konkret situasiyaya görə qərar vermək qabiliyyətinə sahib olmalıdılar”.
 
Onun sözlərinə görə, məsələdə ciddi səhvə yol verilib: “Amma mən bu qədər hazırlıqlı, intellektual insanların linç edilməsini, qınağa tutulmasını doğru hesab etmirəm. Ciddi səhvdir, amma bu insanlar gələcəkdə Azərbaycanı təmsil edəcəklər. Ən azı bir də belə yanlışlıqlara yol verilməməsi üçün elə bu qınaq məncə, kifayətdir. Bu cür məsələlərdə bəlli prinsiplərin qorunması vacibdir”.
 
Deputat qeyd edib ki, kiçik, taktiki, proqramda hansısa güzəşt ola bilər, amma ad məsələsi, ümumiyyətlə simvolika məsələsində belə güzəştə getmək olmaz: “Hər halda dünyanın sonu deyil. Əsas odur ki, Şuşa Azərbaycanındır. Əzəli torpağımız kimi bizim nəzarətimizdədir. İndi bu kimi tədbirlərdə əgər ermənilər kiçik bir təsəlli ilə rahatlanırlarsa, bu bizim üçün ikinci dərəcəli detallardı. Çalışmalıyıq ki, bu kimi məsələlərdə prinsipial mövqe sərgilənsin və belə dəyişikliyə yol verilməsin. Onlar da bizim övladlarımızdır, fəaliyyətləri Azərbaycana gərəklidir. Onları qorumaq lazımdır. Bir də belə yanlışlıqlara yəqin ki, yol verilməyəcək”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.