Paşinyan: Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır
“TÜRKİYƏ İLƏ DƏ MÜNASİBƏTLƏRİ NORMALLAŞDIRMAQ İSTƏYİRİK”
Rəsmi İrəvan hesab edir ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır, lakin bu sənəd danışıqlar prosesində işlənməlidir.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyan “Feysbuk”  səhifəsində onlayn keçirilən mətbuat konfransında bildirib.
 
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır. Amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu, danışıqların nəticəsində mümkündür. Ermənistan bu danışıqlarlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik”, - deyə Paşinyan vurğulayıb.
 
Ermənistan Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, İrəvanın demarkasiya və delimitasiya üçün ilkin şərtləri yoxdur.
 
N.Paşinyan həmçinin bəyan edib ki, Ermənistan Türkiyə ilə də münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir.
 
Onun sözlərinə görə, İrəvan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.
 
"Artıq Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrimizin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Danışıq imkanını qaçırmağımız məntiqsiz olardı. Qeyd edim ki, dünya birliyi, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyirlər”, - deyə Paşinyan fikrini yekunlaşdırıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.