Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan koronavirus testi verib. Testin nəticəsi müsbət olub. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib və xəstəlik simptomsuz davam edir”, - məlumatda deyilir.
Qeyd olunur ki, hökumət başçısı distant rejimdə işləyəcək.
Xatırladaq ki, Nikol Paşinyan 2020-ci ilin iyununda da COVID-19-a yoluxmuşdu.