Hindistanla Pakistan müharibə astanasında... - NƏ BAŞ VERİR?
VİDEO

Hindistan bəndlər və kanallar üzərində su axınını tənzimləyən dörd şlüz qapısının hamısını bağlayaraq, Hind çayından Pakistana su axınının qarşısını kəsib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu, 1960-cı ildə Hind çayı suları haqqında saziş imzalandıqdan sonra baş verən ilk belə hadisədir.

 

Həmin sazişdə tərəflər siyasi münaqişələrə baxmayaraq, su resurslarını bölüşmək razılığına gəliblər.

 

Pakistan isə daha əvvəl çayın axınının kəsilməsi cəhdlərini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.

 

Xatırladaq ki, aprelin 22-də Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində turistlər atəşə tutulub, nəticədə 26 turist ölüb. Hindistan bu qətli törədən terrorçuların arxasında Pakistanın dayandığını bildirərək, sərt tədbirlərə əl atıb, pakistanlılara verilən bütün vizalar ləğv edilib, Pakistan vətəndaşlarına ölkəni tərk etmək üçün 48 saat vaxt verilib, həmçinin Dehli Su Müqaviləsindən çıxdığını elan edib. Hindistan Pakistandakı səfirliyinin heyətini də yarıya qədər azaldacağını bildirib və Pakistan səfirliyinin əməkdaşlarının 55-dən 30-a endirilməsini tələb edərək, hərbi attaşeni persona non-qrata elan edib.

 

Pakistan ittihamları rədd edib və onlara cavab kimi hava məkanını Hindistan təyyarələri üçün bağlayıb. İslamabad, həmçinin üçüncü ölkələr vasitəsilə tranzit də daxil olmaqla Hindistanla bütün ticarəti dərhal dayandırdığını açıqlayıb.

 

Bütün bunların fonunda Pakistanda Hindistan əleyhinə etirazlar getdikcə genişlənir. Kəşmirdə turistlərə silahlı hücumdan sonra Hindistandan gələn təhdidlərə cavab olaraq minlərlə insan etiraz aksiyası keçirir.

 

İştirakçılar hakimiyyətdən sərt cavab tələb edirlər. Onlar Hindistan bayrağını yandırır və Hindistan əleyhinə şüarlar səsləndirirlər.

 

Bu arada “Gulistan News” xəbər verib ki, Hindistan Pakistanla atəşkəs razılaşmasını tezliklə ləğv edəcək.

 

Bundan sonra Pakistan Müdafiə Nazirliyinin X sosial şəbəkəsindəki rəsmi hesabında belə bir mesaj yerləşdirilib: "Müharibə istəyiriniz? Başlayın, Pakistan hazırdır. Modiyə (Hindistanın Baş naziri Narendra Modi) təşəkkür edirik - millətimizi birləşdirdi".

 

Hindistanın hüquq-mühafizə orqanlarına istinad edən “ANI” agentliyinin yazdığına görə, Hindistan polisi artıq terror aktında şübhəli bilinənlərin şəxsiyyətini müəyyənləşdirib. Üç şübhəlidən ikisinin Pakistan vətəndaşı olduğu iddia edilir.

 

Cammu və Kəşmir ştatının polisi şübhəlilərin adları açıqlanan bildirişlər yayımlayıb. Onların hər biri haqqında məlumat üçün 2 milyon hind rupisi (23 min dollardan çox) mükafat təklif olunur...

 

“The New York Times (NYT)” nəşrinin yazdığına görə, nüvə gücləri olan Hindistan və Pakistan arasında münasibətlərin gərginləşməsi yeni -  2019-cu ilin fevralında yaşanandan daha geniş miqyasda silahlı qarşıdurma təhlükəsi yaradır...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.