Aprelin 24-ü gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumları həyata keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kiyev Vilayət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
“Hava hücumları nəticəsində 9 nəfər həlak olub, 70-dən çox insan isə yaralanıb. Yaralılar arasında 3 azyaşlı, 1 hamilə qadın da var. 21 yaralı xəstəxanaya yerləşdirilib”, - Tkaçenko bildirib.
Onun sözlərinə görə, ən çox hücuma məruz qalan paytaxtın Svyatoşinski rayonu olub.
Ölkənin daxili işlər naziri İqor Klimenko bildirib ki, xarabalıqlar altından telefon zəngləri eşidilir: “Bütün insanların çıxarıldığına əmin olana qədər axtarışlar davam edəcək".