İran Prezidenti Məsud Pezeşkian tezliklə Çinə səfər edəcək.
“Tasnim” xəbər verir ki, bunu Çində səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O, ikitərəfli münasibətlərə dair görüşün yaxşı keçdiyini vurğulayıb.
Nazir onu da qeyd edib ki, Pezeşkian sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatı sammitinə qatılacaq.
Əraqçi əlavə edib ki, 2025-ci il İran və Çin münasibətlərində “qızıl il” olacaq.