İstanbulda zəlzələ zamanı 150-dən çox adam özünü binalardan atıb - MƏKTƏBLƏRDƏ 2 GÜNLÜK TƏTİL ELAN EDİLDİ
VİDEO

Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ və yeraltı təkanlarla bağlı yaranan panika ilə əlaqədar bəzi insanlar özlərini yuxarı mərtəbələrdən aşağı atıblar.

 

Senzor.az İstanbul valiliyinə istinadən bildirir ki, bu cür hallar nəticəsində 151 nəfər xəsarət alıb.

 

Hazırda xəstəxanalarda müalicə olunan zərərçəkənlərin həyatının riskdə olmadığı bildirilir.

 

Bundan əlavə, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) bu gün Mərmərə dənizində baş vermiş 6.2 bal gücündə zəlzələnin İstanbulla yanaşı, Tekirdağ, Yalova, Bursa və Balıkesir vilayətlərində güclü şəkildə hiss olunduğunu açıqlayıb.

 

AFAD zələzələ nəticəsində insan itkisinin qeydə alınmadığını diqqətə çatdırıb.

 

Bu arada İstanbulda məktəblərdə 2 gün tətil elan edilib. Bu barədə Türkiyənin təhsil naziri Yusif Təkin məlumat verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.