Rza Pəhləvi İranda dövlət çevrilişinə çağırdı

İranın sonuncu şahı Məhəmməd Rza Pəvləvinin xaricdə yaşayan böyük oğlu Rza Pəhləvi İran hökumətini devirmək cəhdlərinə sponsorluq etmək üçün Qərbi fond yaratmağa səsləyib.

 

“Politico” nəşri xəbər verir ki, Pəhləvinin fikrincə, Qərb ölkələri İranın dondurulmuş aktivlərindən istifadə etməklə İranda hazırkı hökumətin əleyhdarları tərəfindən təşkil olunan tətilləri və etiraz aksiyalarını maliyyələşdirəcək “tətil fondu” yaratmalıdır.

 

Onun iddiasına görə, bu cür tədbirlər guya “sistemi iflic vəziyyətinə sala və onun dağılmasına səbəb ola biləcək bir sıra mütəşəkkil əmək tətillərinin” həyata keçirilməsinə kömək edəcək.

 

“İşlərin dayandırılması və tətillər vasitəsilə rejimin iflic olması – bir şərtlə ki, biz onu təmin edə bilsək, bu, millət üçün ən aşağı qiymətdir – bir neçə ay ərzində baş verə biləcək bir məsələdir”, - keçmiş şahın böyük xələfi deyib.

 

Xatırladaq ki, mart ayının sonunda İranın Ali Dini lideri Əli Xamenei İran xalqına zərər yetirən hər kəsə Tehranın “sanballı şapalaq” vurmağa hazır olduğunu vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.