Mir Şahin televiziyaların ictimai məsuliyyət mövzusuna yenidən qayıdacaq - “DAHA KONKRET, DAHA DETALLI, DAHA ŞƏKİLLİ ŞƏKİLDƏ!!!”
FOTO

Xəbər verdiyimiz kimi, məşhur jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev Real TV-də müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı” verilişininin sonuncu buraxılışında reket medianı və bir sıra telekanalları sərt tənqid edib.

 

Onun çıxışı, gözlənildiyi kimi,  böyük rezonansa səbəb olub. Artıq bəziləri verilişdə səslənən fikirlərə reaksiya da bildiriblər. Məsələn,  ATV və ARB “Bizimləsən” və “Səni axtarıram” proqramlarında yığılan pullarla bağlı izahat xarakterli birgə bəyanat da yayıblar.  

Xatırladaq ki, Mir Şahin Ağayev həmin çıxışında efirdə bir sıra telekanalların ictimai zövqü korladığını, bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrildiyini bildirmişdi. O, bəzi telekanalların adını çəkərək onlarda müsbət dəyişikliklərin olduğunu bildirmiş, bəzilərinə xitabən isə ad çəkmədən  "İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərbə vurduğunuzun fərqində olun” fikrini səsləndirmişdi.

 

Mir Şahin həmçinin həmin kanalların rəhbərlərinin Prezident Administrasiyasına çağırıldığını, onlara kəskin şəkildə iradlar bildirildiyini vurğulamış və sonda xəbərdarlıq etmişdi: “Bu dəfə irad bildirilib. Növbəti irad olmayacaq”.

 

Deyəsən, bəziləri təcrübəli televiya rəhbərinin dediklərini-həmkar irad və xəbərdarlığını qərəzli, məqsədli kampaniya kimi qəbul ediblər. Yəqin elə buna görədir ki, REAL TV-nin rəhbəri   televiziyaların ictimai məsuliyyəti mövzusuna yenidən qayıtmaq qərarına gəlib. 

Bu barədə o, Facebook-da dünənki statusunda anons verib: “Dostlar, görünür televiziyalarımızın ictimai məsuliyyəti mövzusuna qayıtmalı olacam.( Belə çıxır ki, “necə göstəririk?” haqqında yox, NECƏ GÖRÜNÜRÜK?” sualı ətrafında daha çox düşünməliyik! Daha konkret, daha detallı, daha ŞƏKİLLİ şəkildə!!! Bazar günü, saat 21-00-də görüşənədək!”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.