Rusiya Prezidenti Vladimir Putin karantinə gedə bilər. Buna səbəb onun ətrafında bir çox insanın koronavirusa yoluxmasıdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Putin Kremldə paralimpiyaçılarla görüşü zamanı deyib.
"Mənim ətrafımda COVİD-lə əlaqədar problem yaşanır. Düşünürəm ki, tezliklə özüm karantinə alınmalı olacağam. Ətrafda bir çox insan xəstədir", - Rusiya lideri vurğulayıb.