Bakıda obyektdə başlayan və evlərə keçən yanğın söndürüldü
FOTO

Bakının 28 May küçəsində obyektdə başlayan yanğın qısa müddət sonra ətrafdakı evlərə keçib.

 

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) dövlət yanğındansöndürmə və xüsusi riskli xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.

 

Digər mənzillərdə yaşayan sakinlər təxliyə edilib, bir nəfər sakin tüstüdən zəhərlənib. 

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360 kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38 kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12 kv.m sahədə və ümumi sahəsi 75 kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9 kv.m. sahədə yanıb. 

 

Obyektin və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.













Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.