Rusiya və İran prezidentlərinin görüşü təxirə salındı - PUTİN ÖZÜNÜ TƏCRİD EDİB

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin görüşü təxirə salınıb. Buna səbəb Putinin özünü təcrid etməsidir.
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
 
"İkitərəfli görüş videoformatda keçirilməyəcək. Görüş növbəti fürsətə qədər təxirə salındı", - Peskov əlavə edib.
 
Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali Rəisi ilə Putinin Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşə biləcəklərini söyləmişdi. Lakin Rusiya Prezidenti COVİD xəstələri ilə təmasda olduğu üçün təcrid olunmaq qərarına gəlib. Putin bu həftə Düşənbədə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında, ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında, KTMT və ŞƏT-ə üzv ölkə liderlərinin birgə iclasında videokonfrans vasitəsilə iştirak edəcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.