Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Tacikistana səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
S.Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin görüşlərində iştirak etməyi planlaşdırır.
Görüşlərdə regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə ediləcək. Əsas mövzu isə Əfqanıstandakı vəziyyət olacaq.
Xatırladaq ki, KTMT rəsmilərinin görüşü bu gün Düşənbədə keçiriləcək.