Rusiyanın paytaxtı Moskvada metronun “Proşkino” və “Lesoparkovaya” stansiyalarındakı məlumat lövhələri özbək və fars dillərinə transkripsiya edilib.
Məlumatı “RİA Novosti” yayıb.
Moskva metrosunun mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, bu addım həmin metrostansiyalardan daha çox istifadə edən miqrantların rahatlığı üçün nəzərdə tutulub.
Metropolitenin mətbuat xidməti qeyd edib ki, onların vəzifəsi metronu bütün sərnişinlər üçün başa düşülən və rahat etməkdir.
Həmçinin qeyd olunub ki, vaqonlarda yerləşdirilən elektron lövhədə metro xəritəsi doqquz dildə hazırlanıb.