“Kastamonu, Bartın və Sinopu təbii fəlakət zonası olaraq elan edirik”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kastamonunun Bozkurt rayonunda vətəndaşlara müraciətində deyib.
“Bu günə qədər zəlzələdən selə və yanğınadək yaşadığımız hər hadisədə Türkiyədə heç kimsənin sahibsiz olmadığını dosta da, düşmənə də göstərdik”, - o vurğulayıb.
Türkiyə Prezidenti selin ziyan vurduğu bölgələrə səfəri çərçivəsində təbii fəlakət nəticəsində həyatını itirənlərin dəfn mərasimində də iştirak edib.
Kastamonunun Bartın rayonundakı mərasimə qatılan Ərdoğan ölənlərin yaxınları ilə görüşüb. Türkiyə Prezidenti onlara başsağlığı verib, həyatını itirənlərə Allahdan rəhmət diləyib.
** 13:58
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizin qərb bölgəsində sel fəlakətindən zərər çəkən Kastamonu şəhərinin Bozkurt rayonuna gedib.
APA-nın xəbərinə görə, Bozkurt rayonundakı məsciddə cümə namazından sonra R.T.Ərdoğanın xalqa müraciət edəcəyi gözlənilir.
Çıxışından sonra, Türkiyə Prezidentinin sel bölgəsində qurulan Jandarma Ümumi Komandanlığı Mobil Əməliyyat Mərkəzində keçiriləcək koordinasiya iclasında iştirak edəcəyi, bölgədəki işlər və son vəziyyətlə əlaqədar səlahiyyətlilərdən məlumat alacağı bildirilib.