
Macarıstan parlamenti oğurluqda ittiham olunan Baş nazir Peter Madyarı toxunulmazlıqdan məhrum edib.
Senzor.az bildirir ki, bu barədə Macarıstan mediası məlumat yayıb.
Qeyd olunub ki, bu qərarın lehinə 139 deputat səs verib. Qərarın əleyhinə çıxan və ya bitərəf qalan olmayıb.
Ona qarşı telefon oğurluğu ilə bağlı cinayət işi açılacaq. Məsələ burasındadır ki, 2024-cü ilin iyununda Madyar gecə klubunda onu çəkən şəxsin əlindən mobil telefonunu alıb və bu telefonu Dunay çayına atıb.
Bundan başqa, ölkə parlamenti ittiham tərəfinin vəsatəti ilə deputatlar Balaş Hanko və Mikloş Sestakı da toxunulmazlıqdan məhrum edib.