
Böyük Britaniya Ukraynada müharibənin başlamasından sonra xarici ölkələrdəki Rusiya müxalifətini fəal şəkildə birləşdirməyə çalışır.
Bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) məlumat verilib.
Qeyd edilib ki, London müəyyən kateqoriyalı ruslardan öz ölkələrinə qarşı siyasi təzyiq və hibrid müharibə vasitəsi kimi istifadə edir. Mənbə bildirib ki, Britaniya Ukraynadakı müharibənin başlanğıcından bəri bu məsələdə xüsusilə fəallaşıb. Məqsədin Rusiyada hazırkı hakimiyyəti əvəz edə biləcək alternativin formalaşdırıldığı təəssüratını yaratmaq olduğu iddia edilib.