Belarusda terakt: deputatın evinə üç “Molotov kokteyli” atdılar - 20 NƏFƏR SAXLANILDI

Belarusda terror aktları ilə bağlı cinayət işi çərçivəsində 20-dən çox adam saxlanılıb.
 
Bu barədə "Report" yerli mətbuata istinadən xəbər yayıb.
 
Əməliyyat parlamentin aşağı palatasının deputatı Oleq Qaydukeviçin evi də daxil olmaqla, paytaxtda bir neçə sosial obyektdə planlaşdırılan hücumlarla əlaqədardır.
 
İyulda Qaydukeviç bildirib ki, naməlum şəxs gecə saatlarında onun evinə üç "Molotov kokteyli"  atıb. Əməliyyat-axtarış tədbirləri zamanı şəhərdə bir neçə terror hücumu planlaşdıran şəxslər müəyyənləşdirilərək istintaqa təhvil verilib.
 
Təqsirləndirilən şəxslərin hərəkətləri Belarusun Cinayət Məcəlləsinin 289-cu maddəsi - "Terror aktı"na uyğun olaraq qiymətləndirilir.
  
Həm terror aktlarını birbaşa törədənlər, həm də onların əlaltıları məhkəmə qarşısına çıxarılacaq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.