İngiltərə Əfqanıstana 600 əsgər göndərəcək.
Bu barədə BBC məlumat yayıb.
Qeyd edilir ki, buna səbəb ingilis vətəndaşların ölkəni tərk etməsinə kömək etməkdir.
"Hərbçilər İngiltərə vətəndaşlarının, onlarla əməkdaşlıq edən əfqanların, tərcüməçilərin mühafizəsi və köçürülmə işlərinə yardımçı olacaq",-məlumatda qeyd edilib.
Müdafiə naziri Ben Uolles sözügedən şəxslərin təhlükəsizliyinin hökumət üçün mühüm prioritet məsələ olduğunu söyləyib.
Azvision.az xatırladır ki, ötən həftə ölkənin Xarici İşlər Nazirliyi İngiltərə vətəndaşlarına Əfqanıstanı tərk etmələrini tövsiyə edib. Ölkədə hələ də 4000 ingilisin qaldığı təxmin edilir.
Qeyd edək ki, bu gün ABŞ da vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün xüsusi hərbi heyət göndərəcəyini bəyan edib.