Ermənistan Prezidenti Armen Sarkisyan “Chamonix Minds” (“Şamoni”) beynəlxalq sammitin illik toplantısında iştirak etmək üçün Fransaya səfərə gedib.
“Aysor” nəşrinin yazdığına görə, o, əsas məruzəçi kimi sammitin 3 müxtəlif iclasında iştirak edəcək.
“Report” xatırladır ki, “Chamonix Minds” sammitində fikir mübadiləsi aparılır, makroiqtisadiyyat, geopolitika, ətraf mühit, texnologiya, cəmiyyətin inkişafına dair məsələlər müzakirə olunur.