Sentyabrın 17-də VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri 3 gün davam edəcək.
Bu il Rusiyada parlament seçkilərinin təşkilinə büdcədən 21 milyard 408 milyon rubl məbləğində vəsait ayrılıb.
Mərkəzi Seçki Komissiyasında (MSK) 14 siyasi partiya qeydiyyatdan keçib. Partiyalar 3910 namizəd irəli sürüb. Təkmandatlı dairələrdə 2062 namizəd var. Dövlət Dumasında təmsil olunmaq üçün partiyalar seçicilərin beş və daha artıq faizinin səslərini toplamalıdırlar. Təkmandatlı dairələrin namizədləri səs çoxluğu ilə seçiləcəklər. Əgər namizədlərin ikisi eyni sayda səs toplayarsa, daha əvvəl qeydiyyatdan keçmiş namizəd seçilmiş sayılacaq.
Səsvermədə 18 yaşına çatmış, məhkəmənin qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməmiş Rusiya vətəndaşları iştirak edə bilərlər. 2021-ci il iyulun 1-ə olan məlumata görə, 108 milyon 145 min 648 seçici, eləcə də xaricdə 2 milyon 47 min 140 seçici səsvermədə iştirak üçün qeydiyyata alınıb. Ən çox seçici Moskvada (7 milyon 440 min 212), ən az isə Çukotka Muxtar Dairəsində (32 min 641) qeydiyyatdan keçib.
Səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq.
Rusiyada parlament seçkiləri tarixində bu il ilk dəfə Moskva, Nijni Novqorod, Yaroslavl, Kursk, Murmansk və Rostov vilayətlərində seçicilər distant şəkildə səs verə bilirlər. Bunun üçün seçicilər Vahid Dövlət Xidmətləri portalında qeydiyyatdan keçib kompüter və ya telefon vasitəsilə səs verməlidirlər.
Seçkilər çərçivəsində uzaq, gedişi çətin olan ərazilərdə, məsələn gəmilərdə, qütb stansiyalarında, səsvermə məntəqələrinin qurulmadığı yaşayış yerlərində, habelə Rusiya nümayəndəliklərinin olmadığı xarici ölkələrdə müddətdən əvvəl səsvermə nəzərdə tutulub. Müddətdən əvvəl səsvermə avqustun 29-dan başlayıb və sentyabrın 16-da başa çatacaq.
Bu il 143 xarici ölkədə 348 seçki məntəqəsi qurulub. Xaricdə olan seçicilərin bir hissəsi onlayn da səs verə bilər.
Koronavirus pandemiyası ilə əlaqədar bu parlament seçkilərində xarici ölkələrdən və beynəlxalq təşkilatlardan müşahidəçilərin sayı xeyli azdır. Seçkiləri müşahidə etmək üçün Rusiyaya təxminən 300 müşahidəçi dəvət olunub. Onların arasında MDB müşahidəçilər missiyasının tərkibində Milli Məclisin deputatları da var.
Səsvermənin sonuncu günü, sentyabrın 19-da saat 20:00-dan dərhal sonra bülletenlərin hesablanmasına başlanacaq. Ümumi nəticələr isə MSK tərəfindən oktyabrın 4-də elan olunacaq.
Onu da qeyd edək ki, paralel olaraq Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər keçirilir.