İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edildi
 
İran İslam Respublikası Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edilib.

 
İRNA agentliyi xəbər verir ki, bu barədə qərar təşkilatın sentyabrın 17-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən sammitində qəbul olunub.
 
Qeyd edək ki, ŞƏT 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. Təşkilatın yaradılmasında məqsəd beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə və iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdən ibarət olub. İran 2005-ci ildə bu təşkilata daxil olmaq üçün müraciət edib və ona müşahidəçi statusu verilib. Hindistan və Pakistan da 2017-ci ildə təşkilata daxil olublar. Təşkilatın mənzil-qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir.

Senzor.az-dan xatırlatma: Nüfuzlu politoloq Zərdüşt Əlizadə hələ sammitdən əvvəl bildirmişdi ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq niyyətini tam təbii hesab edir. Onun fikirincə, ŞƏT hansısa üçüncü qüvvələrə qarşı deyil, sadəcə, üzv dövlətlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır: "İran öz təhlükəsizliyini təmin etmək məqsədi ilə əsas aparıcı qüvvəsi onunla xoş münasibət saxlayan Rusiya və Çin olan  Şanxay təşkilatına qoşulur. Amerikanın, Qərbin, İsrailin onun ətrafında qurduğu təzyiq məkanından qurtulmaq istəyir. Tamamilə anlaşılan bir şeydir”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.