ABŞ və NATO ölkələri Əfqanıstanın münaqişədən sonra yenidən qurulması ilə bağlı xərclərin böyük hissəsini öz üzərlərinə götürməlidir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Çünki çox aydındır ki, bu ölkələr Əfqanıstanda uzun sürən varlıqlarının ciddi nəticələrinə görə birbaşa məsuliyyət daşıyırlar”, - deyə Putin bildirib.