Ermənistan mediası paytaxt İrəvanda banka hücum olması barədə məlumat yayıb.
Azvision.az xəbər verir ki, kriminal mövzular üzrə ixtisaslaşmış saytlar hücumun Rusiya vətəndaşı tərəfindən həyata keçirildiyini yazıblar.
"İrəvanda banka hücumla bağlı cinayət hadisəsi baş verib. Gecə saat 04: 30-dan 05: 00-dək Ermənistan Polisinin Əməliyyat İdarəsi Mərkəzinə Baqramyan prospektində olan banklardan birində həyəcan siqnalının işə düşməsi barədə məlumat daxil olub. Fotomüxbir Qaqik Şamşyanın sözlərinə görə, hadisə yerinə gələn polis banka zərər vurmuş şəxsi zərərsizləşdirməyi bacarıb. Məlub olub ki, bank binasının pəncərələrini sındıran şəxs Rusiya Federasiyası vətəndaşı imiş. 31 yaşlı Stanislav K. bank binasına pəncərəni sındıraraq daxil olub", - deyə məqalələrdən birində vurğulanıb.