Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Avropa İttifaqının (Aİ) Yunanıstanın paytaxtı Afinada keçirilən zirvə görüşünə münasibət bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, toplantıda qəbul edilən bəyanatın əvvəlki illərdə olduğu kimi qərəzli, vicdansız və həqiqətə uyğun olmadığını deyib.
Qeyd edək ki, Afinada Cənubi Avropa Ölkələri Zirvəsi (MED9) görüşü keçirilib. Aİ-nin 9 üzvü - Fransa, Cənubi Kipr, Xorvatiya, İspanya, İtaliya, Malta, Portuqaliya, Slovenya və Yunanistan liderlərinin qatıldığı toplantıda Aralıq dənizinin şərqindəki vəziyyət, Əfqanıstandakı durum və xüsusilə miqrasiya məsələləri müzakirə edilib.
Nazirliyin rəsmisi vurğulayıb ki, “sözügedən bəyannaməni imzalayan Avropa İttifaqı ölkələrini həmrəylik adı altında Yunanıstan və Cənubi Kiprin arxasınca kor-koranə gedərək birtərəfli və tərəfkeş mövqe sərgiləməkdən çəkinməyə dəvət edirik”.