Əfqanıstan Prezidentinin mühafizəçisi təsdiqlədi: “Əşrəf Qani Daşkənddədir” YENİLƏNİB
 
Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib və xanımı ilə birlikdə Özbəkistanın paytaxtına gedib.
 
Bu barədə “Al Jazeera” telekanalı dövlət başçısının şəxsi mühafizəçisinə istinadən məlumat yayıb.
 
“Qani, həyat yoldaşı, eləcə də milli təhlükəsizlik idarəsinin rəhbəri ölkəni tərk edərək Daşkənd şəhərinə gedib”, - deyə telekanal Prezidentin mühafizəçisindən sitat gətirib.
 
Bu arada, “Al Jazeera” telekanalının Oman sultanlığındakı mənbələri Əfqanıstan Prezidentinin ailəsi ilə birlikdə bu ölkəyə gəldikləri ilə bağlı bir sıra media qurumlarında yayılmış məlumatı təkzib ediblər.
 
**17:24


Əfqanıstan Prezidenti Əşrəf Qani istefaya verməyə razılaşıb.

 
Bu barədə RİA Novosti məlumat yayıb.
 
Qeyd edək ki, radikal "Taliban" hərəkatı Əfqanıstanın bütün ərazisinə nəzarət etdiyini bildirib. Prezident Əşrəf Qaninin bu gün yaxın saatlarda istefa verəcəyi gözlənilirdi. Ölkədə keçid hökuməti qurulub. Bu hökumətə Əfqanıstanın keçmiş daxili işlər naziri Əli Əhməd Ciləli rəhbərlik edəcək.
 
Taliban hərəkatı ölkənin bütün böyük şəhərlərini ələ keçirib və bütün sərhəd keçidlərinə nəzarət edir.
 
Bu arada Tacikistanın “Asia Plyus” media holdinqi Əşrəf Qaninin bu ölkəyə gəlişi barədə məlumat yayıb. Qeyd edilir ki, dövlət başçısı administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana gəlib. Lakin bu informasiya hələ rəsmən təsdiqlənməyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.