Gürcüstanda son sutka ərzində 2 676 yeni yoluxma faktı təsdiqlənib, 4 119 nəfər müalicə olunaraq sağalıb, 30 pasiyent vəfat edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
İndiyədək ölkədə COVID-19 infeksiyası 484 254 nəfərdə aşkarlanıb. Onların 425 651-i sağalıb, 6 436-sı ölüb.