İranda qadınlar “Taliban”a qarşı etiraz aksiyası keçiriblər.
ISNA-nın məlumatına görə, əfqan qadınlar Qum şəhərində küçələrə çıxaraq yaraqlıların əleyhinə şüarlar səsləndiriblər.
Həmçinin bildirilir ki, etirazçılar dünya güclərini Əfqanıstanda baş verənlərə reaksiya verməyə çağırıblar.
Azvision.az xatırladır ki, Əfqanıstanda uzun sürən münaqişədən sonra “Taliban” hərbi çevriliş edib. Dünən paytaxt Kabilə daxil olan silahlılar ölkəyə nəzarəti tam ələ keçirə biliblər.