Türkiyədə sel fəlakətindən ölənlərin sayı 77 nəfərə çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Sel fəlakəti nəticəsində Kastamonuda 62, Sinopda 14, Bartında 1 nəfər həyatını itirib.
AFAD bundan əvvəl 74 nəfərin təbii fəlakətin qurbanı olduğunu bildirmişdi.