“Taliban” silahlıları Əfqanıstana nəzarət etməyə başladıqdan sonra qaçqınların İrana üz tutacağı gözlənilən idi. Bu səbəbdən də onların yerləşdirilməsi üçün əvvəlcədən yerlər nəzərdə tutulub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Sərhəd Xidmətinin nümayəndəsi Hüseyn Qasemi deyib.
Onun sözlərinə görə, əfqan qaçqınları Rezavi Xorasan, Cənubi Xorasan və Sistan-Bəlucistan vilayətlərində yerləşdiriləcək və onlar üçün çadır şəhərcikləri də hazırlanıb.
H. Qasemi bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qaçqınların yerləşdirilməsi zamanı tibbi protokollara ciddi əməl olunacaq.