Əfqanıstanın paytaxtı Kabilin hava limanında yaşanan dünənki məlum insidentdən sonra təxliyə uçuşları dayandırılmışdı.
Qərb mediasının yazdığına görə, bu gün səhər hərbçilər uçuşları bərpa ediblər.
Bu barədə yayımlanan yazıların birində deyilir: "Diplomatları və mülki əhalini təxliyə edən hərbi təyyarələr çərşənbə axşamı səhərdən etibarən Kabil hava limanından uçuşlara başlayıb. Lakin maraqlıdır ki, "Flight Radar" saytı uçuş məlumatlarını təsdiq etmir. Kabil hava limanındakı bir mənbə "Reuters"ə bildirib ki, uçuş zolağı xaos yaradan insanlardan təmizlənib və hərbi təyyarələr havaya qalxmağa başlayıblar".