İran Avstriya-İran ikili vətəndaşlığı olan Kamran Qaderi və Məsud Mossahebi Belçika ilə son məhbus mübadiləsi müqaviləsi çərçivəsində azad edib.
Bu barədə Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq "Twitter" səhifəsində paylaşım edib.
"Onların azad edilməsi uğrunda apardığımız diplomatik mübarizə öz bəhrəsini verdi. Dəyərli dəstəyə görə belçikalı həmkarım Hadja Lahbib və Omanın xarici işlər naziri Seyid Bədr Albusaidiyə xüsusilə təşəkkür etmək istərdim. Biz tərəfdaşlarımızla sıx, təmkinlə və etibarla işləmişik. Bizim əzmkarlığımız öz bəhrəsini verdi", - diplomat qeyd edib.
Belçika XİN başçısı isə öz "Twitter" səhifəsində Danimarka vətəndaşının həbsdən azad olunduğunu bildirib: "Belçika İranda haqsız yerə həbs edilən iki avstriyalı və bir danimarkalının azadlığa buraxılmasına nail olub".