
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyənin Antalya şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, görüş Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində baş tutub.
Onlar Ermənistan-İran hökumətlərarası komissiyasının İrəvanda bu yaxınlarda keçirilmiş iclasında əldə olunmuş razılaşmaları və həmin razılaşmaların səmərəli icrasını vurğulayıblar.
Tərəflər yüksək səviyyəli ikitərəfli görüşlərin intensiv xarakterini qeyd edərək, onların müxtəlif istiqamətlərdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə təkan verəcəyinə əmin olduqlarını bildiriblər.
Paşinyan və Pezeşkian həmçinin iki ölkə arasında əməkdaşlığa dair gündəlikdəki məsələləri müzakirə ediblər.
