Paşinyan Antalyada Ərdoğanla da görüşüb - FOTO

COP31 çərçivəsində Antalyada keçirilən Liderlər Sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan Baş nazirinin Dəftərxanası məlumat yayıb.

 

Qeyd olunub ki, Ərdoğan Paşinyanın Antalyaya səfərini və Liderlər Sammitində iştirakını alqışlayıb.

 

Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinə toxunub və onun irəli aparılmasının və məntiqi sonluğa çatdırılmasının vacibliyini vurğulayıblar. Bu baxımdan indiyədək keçirilmiş tədbirlərin və əldə olunmuş razılaşmaların, eləcə də ticari-iqtisadi əlaqələrin daha da stimullaşdırılmasının əhəmiyyəti vurğulanıb.

 

Həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparılıb. Paşinyan və Ərdoğan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd ediblər. Kommunikasiyaların blokdan çıxarılması, o cümlədən TRIPP layihəsinin reallaşdırılmasına yönəlmiş addımlar məsələsinə də toxunulub.

 

Xatırladaq ki, Ermənistanın Baş naziri ilə Türkiyə Prezidenti sonuncu dəfə Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində görüşmüşdülər.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.