Şəmkirdə avtomobil yol kənarına yuvarlanıb:
SÜRÜCÜ VƏ YANINDAKI HƏMKƏNDLİSİ ÖLÜB

Noyabrın 11-i saat 23 radələrində Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində kənd sakini Elgün Abbasovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına yuvarlanıb. Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişini Eşqin Abbasov hadisə yerində həyatlarını itiriblər.

 

Senzor.az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında belə deyilir.

 

Qeyd olunub ki, avtomobildə olan digər sərnişin, Qılıncbəyli kənd sakini Rufan Səfərov isə xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

 

İlkin araşdırmalara görə, hadisənin baş verməsinə səbəb alkoqollu içki qəbul edən sürücünün nahamar yol örtüyü olan yolda sürət həddinə nəzarəti itirməsi olub.

 

“Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında məsuliyyətsiz davranışların hər an ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır, həmçinin sərxoşluğa, eləcə də sürətə meyilli sürücülərə müraciət edərək onları baş verən hadisədən düzgün nəticə çıxarmağa, özlərinin və başqalarının həyat və sağlamlığına qarşı laqeyd davranışlardan çəkinməyə çağırır”, - deyə məlumatda vurğulanıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.