Rusiya Prezidenti Vladimir Putin Vyetnama dövlət səfərinə gedib.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, onun təyyarəsi artıq Hanoy hava limanına enib.
Qeyd edək ki, Kreml rəhbəri bu ölkəyə birbaşa Şimali Koreyadan yollanıb.
Rusiya liderinin səfərinin iki gün davam edəcəyi bildirilir. O, Hanoyda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Nquyen Phu Tronq, Prezident To Lam, Baş nazir Fam Min Tinh və Milli Assambleyanın Sədri Tran Than Man ilə görüşəcək.
Səfər çərçivəsində ölkələr arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlıq prinsiplərini təsdiq edəcək Rusiya-Vyetnam Birgə Bəyanatının qəbul edilməsi planlaşdırılır. Bundan başqa, imzalanmaq üçün müxtəlif sahələrdə əməkdaşlığa dair 20-yə yaxın sənəd hazırlanıb.
Senzor.az