İranda dövlət çevrilişinə cəhddə ittiham olunan qadınlara həbs cəzası verildi

İranda dövlət çevrilişinə cəhddə ittiham olunan bir qrup qadına müxtəlif müddətlərə həbs cəzası kəsilib.

 

“Radiofarda” xəbər verir ki, bu barədə İranın hüquq müdafiəçiləri məlumat verublər.

 

Məlumata görə, qadın azadlığı uğrunda mübarizə aparan həmin qadınlara ümumilikdə 60 il həbs cəzası kəsilib. Onlar cəzalarını çəkmək üçün həbsxanaya göndərilib.

 

Bildirilib ki, ötən ilin yayında Gilan əyalətində qadınların azadlığı uğrunda mübarizə aparan 12 nəfər, o cümlədən Rəşt, Fuman, Ənzəli və Lahican şəhərlərinin sakini olan beş qadın İranın güc strukturları tərəfindən həbs edilmişdi.

 

Forə Samyaniya, Sara Cahani, Yasmin Həşdari, Şiva Şahsiyah, Negin Rezai, Mətin Yazdani, Azadə Çavoşian və Zəhra Dadres 6 il 3 ay və 17 gün müddətinə azadlıqdan məhrum ediliblər. Onlar “dövlət çevrilişinə cəhddə”, “qanusuz qruplaşmalarla əlaqə saxlamaqda” ittiham olunublar. Caloh Cəvaheri və Human Tahiri isə bir il müddətinə azadlıqdan məhrum edilib.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.