Türkiyə ilə münasibətləri düzəltmək cəhdi bizim və Türkiyənin təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı yönəlməlidir.
Suriya XİN-in yaydığı məlumatda belə deyilir.
Qeyd olunur ki, bu danışıqlar möhkəm təməllər üzərində qurulmalı , aydın olmalı və Suriyadakı qeyri-qanuni qüvvələrin çıxarılmasına əsaslanmalıdır.
Azvision.az xatırladır ki, minlərlə xarici ölkə vətəndaşları olan terrorçular Suriyanın İdlib şəhərində və birbaşa TSK-nın nəzarətində fəaliyyət göstərirlər. Onların arasında İŞİD komandirlərinin də olduğu bildirilir.