Dövlət Dumasının sədri: ABŞ vətəndaş müharibəsi astanasındadır

Birləşmiş Ştatlar sözün əsl mənasında vətəndaş müharibəsi astanasındadır.


"Report" xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-


ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini şərh edərkən deyib.


“Uzun illər davam edən siyasəti ilə Birləşmiş Ştatlar vətəndaş müharibəsi astanasına daxil olub. Bunu sosioloji sorğular da təsdiqləyir - respondentlərin 37 %-i hesab edir ki, Bayden yenidən prezident seçilərsə, vətəndaş müharibəsi baş verəcək", - Volodin qeyd edib.


Dövlət Dumasının sədri, həmçinin Trampa sui-qəsd cəhdinə nəyin səbəb ola biləcəyini izah edən üç versiya irəli sürüb.


Birinci versiya kimi Volodin Amerika siyasi sisteminin böhranına işarə edib. Onun sözlərinə görə, ABŞ uzun müddətdir və sistemli şəkildə ölkədə siyasi və iqtisadi vəziyyətin pisləşməsi üçün ilkin şərtlər yaradıb.


Volodin başqa bir versiya kimi cəmiyyət daxilində ciddi parçalanmanı hesab edir. Onun fikrincə, uzun illərdir ki, Ağ Ev amerikalıları irqi, dini və siyasi inanclara görə bir-birinə qarşı qoyub.


Üçüncü ehtimal isə ABŞ-ın suveren dövlətlərin işlərinə müdaxiləsi üzərində cəmləşir.


Dövlət Dumasının sədri vurğulayıb ki, ABŞ və Avropadakı siyasi opponentlər parçalanmış cəmiyyətdən öz maraqları üçün istifadə edirlər: “Bu, qəbuledilməzdir, Vaşinqton və Brüsselin daxili və xarici siyasətində köklü dəyişikliklərə ehtiyac var, əks halda Qərb böyük problemlərlə üzləşəcək”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.