İsrail İranın hərbi-siyasi rəhbərliyini məhv etmək istəyir – BAYDEN HÜCUMUN NƏ VAXT VƏ NECƏ EDİLƏCƏYİNİ BİLİR

İsrail İrana hücumların ilk dalğası zamanı hərbi və siyasi rəhbərliyi məhv etməyi planlaşdırır. 

 

Senzor.az bildirir ki, bu barədə “The Times” yazıb.

 

Bu arada CNN bildirib ki, ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdəki son hadisələri müzakirə etmək üçün “Air Force One”da milli təhlükəsizlik komandası ilə fövqəladə görüşə hazırlaşır. Görüşdə ABŞ dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iştirak edəcəklər.

 

Qeyd olunub ki, “Air Force One” təyyarəsinin göyərtəsində görüş adi hadisə deyil və yalnız beynəlxalq vəziyyətin kritik gərginləşməsi zamanı baş verir.

 

Daha bir maqraqlı məqam. ABŞ Prezidenti Cozef Bayden Almaniyanı tərk etməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib ki, ABŞ İsrailin İranın raket hücumuna nə vaxt və necə cavab vermək niyyətində olduğunu bilir. Lakin o, təfərrüaları açıqlamayıb. 

 

Xatırladaq ki, oktyabrın 1-də axşam İran HƏMAS hərəkatı, Livanın "Hizbullah" təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib. Tehran bildirib ki, raketlərin 90 % -i nəzərdə tutulan hədəfləri uğurla vurub, lakin İsrail iddia edir ki, İran 180-ə yaxın raket atıb və onların əksəriyyəti ələ keçirilib.

 

Oktyabrın 15-də İsrailin müdafiə naziri Yoav Qalant xəbərdarlıq edib ki, ölkəsi raket hücumuna cavab olaraq İrana "ölümcül və gözlənilməz" zərbə vurmaq planlarından əl çəkməyib, iranlıların heç nə anlamağa vaxtları olmayacaq.

 

Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.