Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.
Senzor.az bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, avtomobildə olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib.
Nəticədə "Chevrolet" markalı nəqliyyat vasitəsini su basıb və onu 100 metr məsafəyə aparıb.
Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və içərisindəkiləri sudan çıxarmaq mümkün olub.
Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.
Həmin görüntüləri təqdim edirik: