Avropa İttifaqı İranı “işğalçı” adlandırdı VİDEO

Xarici siyasət sahəsində onsuz da ciddi problemlər yaşayan İran İslam Respublikası bu istiqamətdə daha bir sürprizlə üzləşib: Avropa İttifaqı (Aİ) Fars körfəzindəki üç ada məsələsində Çindən və Rusiyadan daha da irəli gedərək, həmin adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsusluğunu birmənalı şəkildə təsdiqləyib və Tehranı işğalçı adlandırıb.

 

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

 

Bildirilib ki, bu mövqe Avropa İttifaqı ilə Körfəz Əməkdaşlıq Şurasının Birinci Zirvə Görüşünün Birgə Bəyanatının 46-cı bəndində aydın şəkildə ifadə olunub.

 

"Sənəddə deyilib: "Biz İranı BƏƏ-yə məxsus üç adanın - Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymağa çağırırıq, belə ki, bu, BƏƏ-nin suverenliyinin və BMT Nizamnaməsinin pozulması deməkdir". 

 

Oktyabrın 16-da Brüsseldə baş tutmuş sammitin yekun bəyanatını Körfəz Əməkdaşlıq Şurası adından hazırda Şuraya sədrlik edən Qətər əmiri Şeyx Təmim bin Həməd ət-Tani və qurumun Baş katibi Casim əl-Budeyvi, Avropa İttifaqı tərəfdən isə Aİ Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel imzalayıblar".

 

Ətraflı süjetdə:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.