Şimali Koreya Ukraynada müharibəyə
10 MİNDƏN ÇOX HƏRBÇİ GÖNDƏRİR?

Şimali Koreya Ukrayna müharibəsində Rusiyanın tərəfində döyüşmək üçün 12 min hərbçi göndərmək qərarına gəlib.

 

"Yonhap"ın verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın kəşfiyyat agentliyi xəbər yayıb.

 

Öz növbəsində Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da Rusiyanın Ukraynada müharibə üçün Şimali Koreyadan 11 mindən çox hərbçi gətirdəcəyini bildirib.

 

"Hazırda onlar təlim keçirlər və noyabrın 1-dən etibarən döyüş əməliyyatlarına hazır olacaqlar", - deyə "War Zone" nəşrinə şərhində o bildirib.

 

Onun sözlərinə görə, Şimali Koreya piyadalarının təlimi Rusiyanın şərqində davam edir, döyüş əməliyyatları zamanı onlar Rusiya texnikası və sursatından istifadə edəcəklər.

 

"İlk 2 600 KXDR hərbçisi Kursk vilayətinə göndəriləcək. Rusiyada təlim keçən 11 min nəfərdən qalanlarının hara göndəriləcəyi hələ məlum deyil", - deyə o əlavə edib.

 

Qeyd edək ki, bundan əvvəl Brüsseldə çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski müharibədə iştirak edə biləcək 10 min Şimali Koreya hərbçisindən danışmışdı.

 

Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Moskvanın Ukraynada döyüş əməliyyatlarında Şimali koreyalı hərbçiləri cəlb etməyə hazır olması barədə yayılan məlumatları təkzib edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.