COP29 müddətində əsas küçə və prospektlərdə qadağaların qoyulması nəzərdə tutulmur – RƏSMİ

"COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur".

 

Senzor.az bildirir ki, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.

 

Onun sözlərinə görə, noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə müəyyən tənzimləmələr nəzərdə tutulur: "Ölkəyə səfər edəcək dövlət və hökumət başçılarının gəlişi ilə əlaqədar hava limanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif tənzimlənmələrin aparılması nəzərdə tutulur. Bu tənzimləmələr aparılarkən çətinliklər və sıxlıqlar yarana bilər deyə şəhərin nəqliyyat tənzimlənməsi planını yaratmışıq. Belə ki, dövlət və hökumət başçılarının daşıyan kortejlərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə etsin deyə müəyyən alternativlər müəyyən olunub. Bu istiqamətlər hava limanından şəhərə, əksi və ya şəhərin digər istiqamətdir. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

 

O.Mahmudlu bildirib ki, həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlərə Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.