Çin Sədri Si Cinpin BRICS sammitində iştirak etmək üçün oktyabrın 22-24-də Rusiyaya səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin deyib.
“Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin oktyabrın 22-dən 24-dək keçiriləcək BRICS-in XVI sammitində iştirak etmək üçün Kazan şəhərinə səfər edəcək”, - o vurğulayıb.