İsrail və İran arasında vəziyyət kifayət qədər kəskindir, Rusiya hər iki ölkə ilə təmasdadır və onlar arasında sonsuz zərbə mübadiləsinin dayanacağına ümid edir.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə deyib.
“İran-İsrail məsələsində hər şey çox kəskindir. Əgər məsələ bu səviyyəyə çatarsa, hər iki ölkənin əsgərləri birbaşa döyüşəcək. Biz İsrail və İranla təmasdayıq, bizim kifayət qədər etibarlı əlaqələrimiz var. Çox istərdik ki, bu sonsuz zərbə mübadiləsi dayandırılsın, hər iki tərəfi qane edəcək həll yolları tapılsın”, - deyə Putin bildirib.